Xalqa xidmətimiz bir an belə dayanmayacaq - Pezeşkian 

20:26 11.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Pakistanda keçirilən yüksək səviyyəli danışıqlarda İranın nümayəndə heyəti ölkəmizin maraqlarını müdafiə edir və bu istiqamətdə cəsarətlə müzakirələr aparır".

Hafta.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X”da yazıb.

"Hər bir halda, xalqa xidmətimiz bir an belə dayanmayacaq və bundan sonra da nəticədən asılı olmayaraq xalqın yanında dayanacağıq", - İran Prezidenti paylaşımda bildirib.